BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb
12.02.2026 [17:55]
Xəbərin mətni
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfərinin ikinci günündə ali təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb. Görüşdə birgə əməkdaşlıq imkanları, müəllim-tələbə mübadiləsi və gələcək perspektiv layihələrdən söhbət açılıb.