Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş prokuror: "Konstitusiya və Suverenlik İli" forma və məzmun etibarilə özünü doğrultdu

18.02.2026 [11:51]

Xəbərin mətni

"2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan olunması forma və məzmun etibarilə özünü doğrultdu. Müxtəlif formatlarda bu ilə həsr olunmuş tədbirlər keçirildi. Bütün bu tədbirlər zamanı həm prokurorluq əməkdaşları, həm də iştirakçılar Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərə uğurla nəzər saldılar. Bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına görə həvəsləndirilmiş “İlin ən yaxşı müstəntiqi, dövlət ittihamçısı, prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinin və “Prokurorluğun dostu” seçilmiş media nümayəndələrinin mükafatlandırma mərasimində çıxış edərkən deyib.