Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kamran Əliyev: Prokurorluq orqanları ötən il yüksək peşəkarlıq və səmərəlilik nümayiş etdirib

18.02.2026 [16:07]

Xəbərin mətni

Ötən il Azərbaycanın prokurorluq orqanları bütün fəaliyyət istiqamətləri üzrə yüksək peşəkarlıq və səmərəlilik nümayiş etdirib. Təbii ki, xidməti fəaliyyətdə olan müəyyən boşluqların aradan qaldırılması qaçılmaz, bəzi məqamların isə təkmilləşdirilməsi vacibdir, lakin bugünkü əsas məqsədimiz geridə qoyduğumuz ildə əldə olunan nailiyyətləri diqqətə çatdırmaqdır. Bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına görə həvəsləndirilmiş “İlin ən yaxşı müstəntiqi, dövlət ittihamçısı, prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinin və “Prokurorluğun dostu” seçilmiş media nümayəndələrinin mükafatlandırma mərasimində çıxış edərkən deyib.