Şəkidə yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib
24.02.2026 [09:55]
Xəbərin mətni
Şəkidə yaşayış binası yanıb. Hadisə M.Ə. Rəsulzadə prospektində yerləşən beşmərtəbəli binada qeydə alınıb. Tural İsmayılova məxsus üçotaqlı mənzildə baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb. Yanğınsöndürənlər tüstülənmənin artmasını nəzərə alıb binada yaşayan 10 nəfəri təhlükəsiz əraziyə təxliyə edib.