Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: 63 yaşımda doğma yurduma qayıtdığım üçün çox xoşbəxtəm

25.02.2026 [10:15]

Xəbərin mətni

Otuz ildən çoxdur didərgin həyatı yaşayırdıq. Yoldaşım və uşaqlarımla məcburi köçkün kimi kənddən çıxmışdıq. İndi uşaqlarım böyüyüb, ailə qurublar. Bu gün kəndə qızım və nəvələrimlə birlikdə qayıdıram. Bu sözləri Cəbrayıl rayonunun Horovlu kəndinə köçən keçmiş məcburi köçkün Məhluqə İsmayılova söyləyib.