Azərbaycan Dövlət İnformasiya Agentliyi

Macarıstanda qlobal miqyasda ailəyönümlü əməkdaşlığın əhəmiyyəti müzakirə olunub

25.02.2026 [13:07]

Xəbərin mətni

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Macarıstan Respublikasına işgüzar səfəri çərçivəsində Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Macarıstan Ailə Tərəfdarları Sammiti” adlı beynəlxalq konfransda iştirak edib.