Azərbaycan Dövlət İnformasiya Agentliyi

Medianın İnkişafı Agentliyi: Süni intellekt və rəqəmsallaşma media fəaliyyətinə ciddi təsir göstərir

25.02.2026 [13:17]

Xəbərin mətni

Jurnalist müəyyən mövzu üzrə yazarkən həmin sahənin terminologiyasını, əsas aktorlarını, ekspertlərini və müvafiq dövlət qurumlarının səlahiyyətlərini bilməlidir. Bu, problemlərin mahiyyətini düzgün anlamağa və vətəndaş müraciətlərini peşəkar şəkildə təhlil etməyə imkan verir. Bu fikirləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli “A-dan Z-yə internet: media üçün praktik təlim”də çıxışı zamanı deyib.