Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fuat Oktay: Azərbaycan–Türkiyə qardaşlığı bu gün də möhkəm və sarsılmazdır

25.02.2026 [15:45]

Xəbərin mətni

Hər dəfə Azərbaycana, Bakıya gələndə öz Vətənimizə, öz torpağımıza, doğma qardaşlarımızın yanına gəlmiş kimi hiss edirik. Bu səfərimizdə də həmin səmimi münasibətin bir daha şahidi olduq. Azərbaycan-Türkiyə qardaşlığı bu gün də möhkəm və sarsılmazdır. Azərbaycan hər keçən gün daha da güclənir, inkişaf edir. Hər səfərimizdə daha da tərəqqi etmiş bir Azərbaycan görürük. Bu sözləri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay səfərlə bağlı yekun mətbuat konfransında söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI