Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pərvanə Cəlallı: “Xocalı: Əsir uşaqlıq” filmi soyqırımının bir daha aktuallaşdırılmasına xidmət edir

25.02.2026 [22:15]

Xəbərin mətni

Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində layihə və tədbirlər həyata keçirilib, sərgilər təşkil olunub, maarifləndirici nəşrlər dərc edilib, sənədli və bədii filmlər nümayiş olunub. AZƏRTAC xəbər verir ki, bunu “Xocalı: Əsir uşaqlıq” sənədli filminin təqdimatı zamanı jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı deyib.