Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı aparılan hazırlıq işləri yekunlaşıb

25.02.2026 [22:21]

Xəbərin mətni

Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri kimi yaddaşlarda qalan Xocalı soyqırımından 34 il ötür. Hər il minlərlə insan soyqırımın ağrı-acısını və günahsız insanların viran edilmiş taleyini simvolizə edən “Ana harayı” abidə kompleksini ziyarət edərək faciə qurbanlarının xatirəsinə ehtiramını ifadə edir.