Azərbaycan Dövlət İnformasiya Agentliyi

“O gecənin şaxtası hələ də ürəkləri üşüdür” - Soyqırımı şahidləri AZƏRTAC-a danışırlar

26.02.2026 [11:14]

Xəbərin mətni

1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət ən ağır cinayətlərdən birinə — Xocalıda dinc insanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiyi soyqırımına şahidlik etdi. Həmin gecə Xocalı şəhəri erməni qəsbkarları tərəfindən yerlə-yeksan olundu. 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Aradan 34 il keçsə də, xalqımız bu faciənin mənəvi ağrısını, onun dəhşətlərini qəlbində daşıyır, o qanlı gecənin şaxtası hələ də ürəkləri üşüdür.