Ekvadorlu tələbə: Azərbaycanın multikultural yanaşması beynəlxalq səviyyədə müsbət nümunədir
26.02.2026 [13:35]
Xəbərin mətni
Azərbaycan müasir və inkişaf edən ölkədir, burada insanlar bir-birinə hörmətlə yanaşır, səbirli və tolerantdırlar. Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanın mədəniyyətlərarası kontekstində: Şəhər yaddaşı və memarlıq” mövzusunda XVII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçısı David Espinel deyib.