Kəlbəcərə qayıdan sakin: Ermənilər məhkəmədə cavab verdi, əsirlikdə çəkdiyim əzablarımın əvəzi çıxdı
27.02.2026 [10:37]
Xəbərin mətni
Ağdərədən Kəlbəcərə gedən rus tankı bizi yolda əsir götürdü. Qrupumuz əsasən qadınlardan və yaşlılardan ibarət idi. Ümumilikdə 766 gün əsirlikdə qaldım. Çox ağır günlər yaşamışam. 1995-ci il mayın 8-də Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində əsirlikdən azad olundum. Mən bu günü görmək arzusu ilə yaşamışam. Bu fikirləri Kəlbəcər şəhərinə köç edən keçmiş məcburi köçkün Xasay Cəfərov deyib.