Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Təməl” mükafatı üçün 890 layihə nəzərdən keçirilib

28.02.2026 [00:14]

Xəbərin mətni

“Təməl” memarlıq mükafatı üçün ümumilikdə 890 layihə nəzərdən keçirilib. Həmin layihələrdən 82-si münsiflər heyətinin müzakirəsinə təqdim olunub. AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini, müsabiqənin münsiflər heyətinin sədri İlqar İsbatov Komitənin təşkilatçılığı ilə keçirilən “Təməl” mükafatının təqdimetmə mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.