Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özünüməşğulluq proqramı çərçivəsində qazanılan uğur hekayəsi: Dərzi Mübariz Ələkbərov - REPORTAJ

01.03.2026 [13:16]

Xəbərin mətni

Məşğulluğun təmin edilməsi və kiçik ailə bizneslərinin qurulması istiqamətində həyata keçirilən dövlət siyasəti bu gün yüzlərlə insanın həyatında real dəyişiklik yaradır. Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində peşə bacarığı olan və ya yeni peşə öyrənmək istəyən vətəndaşlara zəruri avadanlıqlar təqdim edilir, onların davamlı gəlir əldə etməsinə şərait yaradılır. Bu proqramdan yararlananlardan biri də dərzi Mübariz Ələkbərovdur.