Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ombudsmanın müraciətləri əsasında ötən il 21 məhkum əfv edilib

03.03.2026 [12:10]

Xəbərin mətni

2025-ci ildə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində ümumilikdə 355 başçəkmə həyata keçirilib ki, onlardan 93-ü plandankənar olub. Başçəkmələr zamanı ümumilikdə 3462 nəfər qəbul edilib. Bunu ombudsman Səbinə Əliyeva parlamentin martın 3-də keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsini təqdim edərkən deyib.