Baharın alovlu müjdəçisi - Qəbələdə Od çərşənbəsi coşqusu
03.03.2026 [14:05]
Xəbərin mətni
Bu gün xalqımız Novruzun gəlişinin müjdəçisi olan ikinci çərşənbəni - Od çərşənbəsini qeyd edir. Azərbaycan xalqının mənəvi dünyasında baharın gəlişi təbiətin oyanışı ilə yanaşı, həm də daxili təmizlənmə və yenilənmə rəmzidir. Bu yenilənmənin ən parlaq mərhələlərindən biri olan Od çərşənbəsi xalqımızın yaddaşında işıqlı sabahın, ruzi-bərəkətin və sarsılmaz birliyin simvolu kimi kök salıb. Od çərşənbəsinin hərarəti bütün yurdda hiss olunsa da, Qəbələnin Hacıalılı kəndi bu günü tam başqa bir ab-havada, əsrlərin sınağından keçmiş qədim adət-ənənələrimizlə qarşılayır.