İrandan təxliyə olunan Ukraynalı məşqçi: Vəziyyət çox çətindir, hava zərbələri davam edir
04.03.2026 [16:20]
Xəbərin mətni
Mən Tehranda idim, orada avarçəkmə üzrə milli komandada məşqçi işləyirəm. Ölkədəki mövcud vəziyyəti nəzərə alaraq, İranı tərk edib daha təhlükəsiz bir yerə getmək qərarına gəldim. Vəziyyət çox çətindir. Davamlı hava zərbələri, dağıntılar olur. Müharibədir, ona görə də hər şey çox pisdir. Bunu “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunan Ukrayna vətəndaşı Sergey Bezuqlı bildirib.