Azərbaycan Dövlət İnformasiya Agentliyi

İrana məxsus hərbi gəmi Şri-Lanka sahillərində batıb

04.03.2026 [17:05]

Xəbərin mətni

Şri-Lanka sahilləri yaxınlığında İrana məxsus hərbi gəmi batıb. AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, “IRIS dena” adlı gəmidən səhər saatlarında fövqəladə siqnal alındıqdan sonra axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. İlkin məlumatlara əsasən, gəmidə təxminən 180 nəfər olub, indiyədək onlardan 32-si xilas edilib.