Sədaqət Qəhrəmanova: Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 39 faizə çatıb
04.03.2026 [19:41]
Xəbərin mətni
“Gender bərabərliyinin təminatı haqqında” Qanunun əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanda qadın siyasətinin formalaşdırılması və həyata keçirilməsi məhz onun adı ilə bağlıdır. AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova parlamentdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.