Firudin Qurbanov: Təhsilin bütün pillələrində gender bərabərliyi məsələsinə balanslaşdırılmış yanaşma tətbiq olunur
04.03.2026 [20:19]
Xəbərin mətni
Gender bərabərliyi məsələsinə nəzarətin gücləndirilməsi məqsədilə Elm və Təhsil Nazirliyində gender məsələləri üzrə məsul şəxs təyin olunub. Nazirliyin strateji planında bu istiqamətdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub və icrası təmin edilir. AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov parlamentdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.