Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Bu il aliment ödəməkdən yayınan 4299 borclu barəsində protokol tərtib edilib

04.03.2026 [20:28]

Xəbərin mətni

Ailə üzvləri kimi ər-arvad arasında yaranan, xüsusən də uşaqların mənafeyi ilə bağlı olan işlərin vaxtında düzgün icrası gender bərabərliyinin təminatında mühüm istiqamətlərdən biridir. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə fəaliyyət daim diqqət mərkəzində saxlanılır. Aliment, uşaqla ünsiyyət, uşağın qaytarılması, məişət zorakılığında mühafizə ilə bağlı işlərin icrasına prioritet münasibət göstərilir. AZƏRTAC xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov parlamentdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.