Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub
05.03.2026 [12:49]
Xəbərin mətni
Martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, İrandan uçan dronlardan biri aeroportun ərazisinə, digəri isə Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub.