Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliya diplomatları İrandan təxliyə olunub

05.03.2026 [19:21]

Xəbərin mətni

İtaliya diplomatlarının İrandan təxliyəsi həyata keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İtaliyanın İrandakı diplomatik nümayəndəliyinin 45 nəfərə yaxın əməkdaşı sərhədi keçərək, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.