Xarici işlər naziri: Moldova ilə enerji sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur
06.03.2026 [13:59]
Xəbərin mətni
Azərbaycan və Moldova arasında bütün əsas sahələr üzrə müzakirələr aparılıb. Həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələlərinə də toxunulub. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə keçirilən brifinqdə söyləyib.