Ceyhun Bayramov: Azərbaycanda moldovalı tələbələrin təhsili əməkdaşlığın vacib istiqamətidir
06.03.2026 [14:14]
Xəbərin mətni
2025-2026-cı tədris ili üzrə Azərbaycanda bakalavr və magistratura səviyyələrində Moldovadan olan tələbələr təhsil alırlar. Tələbə mübadiləsi ölkələrimiz arasında əməkdaşlığın mühüm elementlərindən biri hesab olunur. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə keçirilən brifinqdə səsləndirib.