Səudiyyə Ərəbistanından təxliyə olunan vətəndaş: Bizə dedilər ki, artıq Azərbaycandan göstəriş gəlib və bu plan üzrə işlər görülür
07.03.2026 [18:35]
Xəbərin mətni
Hadisənin əvvəlindən sonuna qədər bizə dəstək göstərdiyi üçün Prezident İlham Əliyevə, Xarici İşlər Nazirliyinə və Qətərdə yerləşən səfirliyimizə xüsusi təşəkkür edirik. Həmçinin turizm şirkəti də orada bizə çox böyük dəstək oldu. Əvvəldən sonuna qədər bizim qayğımıza qaldılar. AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq Bakıya təxliyə olunan Azərbaycan vətəndaşı Çinarə Kərimova deyib.