Yaxın Şərqdən təxliyə olunan Azərbaycan vətəndaşı: Dövlətimiz bizə arxa-dayaq oldu, doğmalarımıza qovuşduq
07.03.2026 [18:39]
Xəbərin mətni
Dövlətimiz bizə arxa-dayaq oldu və sağ-salamat gəlib öz doğmalarımıza qovuşduq. Fevralın 6-dan Dohada olmuşuq və martın 1-i qayıtmalı idik. Amma regionda baş verən hadisələrlə bağlı gələ bilmədik. Dohada vəziyyət çox pis idi, şəhər raket zərbələrinə məruz qalırdı. Odur ki, çölə çıxmaq mümkün deyildi. AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar Bakıya təxliyə olunan Azərbaycan vətəndaşı Vüsal Nəsirov deyib.