Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ərinin peşəsini davam etdirən çəkməçi qadın: Halal zəhmət baş tacımdır

08.03.2026 [12:56]

Xəbərin mətni

Qadınlar incə və zərif olduğu kimi, həm də güclü və iradəlidirlər. Bu gün həyatın bütün sahələrində onlarla qarşılaşmaq mümkündür. Təsadüfi deyil ki, qadınlar ən çətin hesab edilən sənət və peşə sahələrində də kişilərdən geri qalmırlar. Ən çətin, bəzən heç təsəvvür edilməyən sahələrdə onların əzmlə çalışdığını müşahidə edə bilərik. AZƏRTAC-ın bugünkü qəhrəmanı da onlardan biridir. Vəfat edən həyat yoldaşının peşəsini inam və şərəflə davam etdirən Zaqataladan olan çəkməçi xanım haqda bəhs etmək istəyirik. Bu peşə insanda böyük səbir və dözüm tələb edir. Fəzilət xanım da nadir qadınlardandır ki, ömür-gün yoldaşının emalatxanasının qapısının bir gün belə bağlı qalmasına razılaşmayaraq onun peşəsini şərəflə davam etdirir. Həm də 8 Mart qadınlar bayramı olmasına baxmayaraq.