Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bərdəli rəssam Qarabağın miniatür dəmir yolu maketini hazırlayır

10.03.2026 [14:04]

Xəbərin mətni

Bərdəli rəssam Bayram Bayramov təsviri sənət sahəsində yaratdığı əsərlərlə yanaşı, Qarabağa həsr etdiyi yaradıcı layihələri ilə də diqqət çəkir. Yaradıcılığında əsasən hərbi mövzulara və təbiət mənzərələrinə üstünlük verən rəssam hazırda Qarabağın miniatür dəmir yolu maketi üzərində işləyir. Bu layihə həm bölgənin təbiətini, tarixi abidələrini, həm də müharibənin izlərini və regionun gələcək inkişafını əks etdirən böyük bir kompozisiya kimi nəzərdə tutulub.