Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elvin Hüseynov: “YAŞAT” Fondunun bu günədək icra etdiyi 65 layihədən 30 mindən çox insan faydalanıb

12.03.2026 [15:07]

Xəbərin mətni

“YAŞAT” Fondu özünün fəaliyyət istiqamətləri ilə yanaşı, bir çox sosial layihələr də həyata keçirir. Onlardan biri də şəhid övladlarının istirahətinin mənalı təşkili layihəsidir. Bu gün biz “Tufandağ” Qış-Yay İstirahət Kompleksində şəhidlərimizin övladları üçün düşərgə təşkil etmişik. Bu sözləri “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə Qəbələdə keçirilən III qış düşərgəsi barədə açıqlamasında deyib.