Baş nazir: Son 7 ildə 4 milyon insanı əhatə edən sosial islahatlar həyata keçirilib
13.03.2026 [17:39]
Xəbərin mətni
2025-ci il dövlət büdcəsi xərclərinin 39,5 faizi və ya 15,3 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Son yeddi il ərzində 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi icra edilib ki, bu məqsədlərə təqribən 8 milyard manat məbləğində vəsait sərf edilib. Bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.