Anaklaudia Rosbax: Mənzil böhranının aradan qaldırılması üçün sistemli dəyişikliklərə ehtiyac var
14.03.2026 [11:14]
Xəbərin mətni
Dünyanın bir çox şəhərlərində mənzil böhranı sosial və iqtisadi problemlərlə sıx bağlıdır və bu sahədə sistemli dəyişikliklərin həyata keçirilməsi zəruridir. AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbax XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” mövzusunda panel iclasında deyib.