Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əziz Əliyev: Xərçəngin birinci mərhələsində müraciət edən xəstələrin sayında artan dinamika müşahidə olunur

14.03.2026 [14:19]

Xəbərin mətni

2020–2025-ci illərdə Milli Onkologiya Mərkəzinə ümumi müraciətlərin sayı 1 milyonu ötüb. Bu müddət ərzində mərkəzdə 235 minə yaxın xəstə müalicə alıb, 50 minə yaxın əməliyyat icra olunub. Şüaterapiya alan xəstələrin sayı 18 mindən çox, kimyaterapiya alan xəstələrin sayı isə 32 minə yaxın olub. Göstərilən kimyaterapiya xidmətlərinin ümumi sayı isə 200 minə yaxınlaşıb. Azərbaycanda kişilər arasında ağciyər, mədə və kolon xərçəngləri daha çox rast gəlinir. Qadınlarda isə süd vəzi, kolon və qalxanabənzər vəzi xərçəngi ilk üçlükdə yer alır.