Azərbaycan Dövlət İnformasiya Agentliyi

Samed Ağırbaş: Azərbaycan gəncləri iqlim təşəbbüslərində əsas tərəfdaşdır

14.03.2026 [18:17]

Xəbərin mətni

Türkiyənin “Zero Waste Foundation” təşkilatı Azərbaycanla sıx əməkdaşlıq etməyə hazırdır. Bu il təşkilat iki böyük tədbir keçirəcək. Onlardan biri “Zero Waste Forum”dur. Keçən il forumda 108 ölkədən nümayəndələr iştirak edib. Bu il isə iyunun 5-7-də İstanbulda keçiriləcək forumda 150-dən çox ölkənin təmsil olunacağı gözlənilir. AZƏRTAC xəbər verir ki, bu barədə COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu, “Zero Waste Foundation”ın sədri Samed Ağırbaş Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında keçirilən brifinqdə bildirib.