Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstanda yeni Konstitusiya üzrə referendum keçirilir

15.03.2026 [13:08]

Xəbərin mətni

Qazaxıstanda yeni Konstitusiyanın qəbulu üzrə ümumrespublika referendumu keçirilir. AZƏRTAC-ın məlumatına görə, ölkə üzrə 10 mindən çox məntəqə istifadəyə veriləcək. Onlardan 622-si doğum evlərində, hərbi hissələrdə, tibb müəssisələrində və digər təşkilatlarda yerləşən xüsusi məntəqələrdir. Xüsusi məntəqələrdən 92-si saat 06:00-da açılıb, adi məntəqələr isə saat 07:00-da açılacaq. Referendum saat 20:00-dək davam edəcək.