Müasir qlobal çağırışlar Azərbaycanda xidmət sahələrinin inkişafını zəruri edir – ŞƏRH
16.03.2026 [11:55]
Qlobal siyasətdə baş verən geosiyasi dəyişikliklər iqtisadi proseslərə, xüsusilə xidmət sektoruna ciddi təsir göstərir. Yaxın Şərqdə davam edən siyasi və hərbi gərginlik regionda yerləşən Azərbaycan üçün həm risklər, həm də yeni iqtisadi imkanlar yarada bilər. Xüsusilə nəqliyyat-tranzit, logistika və turizm xidmətlərinin inkişafı baxımından mövcud şəraitin dəyərləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Konkret olaraq, 2024-cü ildə 3,2 milyard dollarlıq nəqliyyat xidmətləri ixrac edilib və 1,3 milyard dollarlıq müsbət saldoya nail olunub. Mövzunu AZƏRTAC-a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki, son illər Azərbaycanın xarici ticarətində xidmətlərin ixracının əmtəə ixracını üstələməsi və burada nəqliyyat xidmətlərinin öndə olması dövlət başçısının fikirlərini bir daha təsdiq edir.