Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aİ-nin baş diplomatı Hörmüz boğazı ilə bağlı təşəbbüslə çıxış edib

16.03.2026 [16:34]

Xəbərin mətni

Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas bazar ertəsi günü yeni təkliflə çıxış edib. O bildirib ki, Birləşmiş Millətlər Təşkilatı ilə müharibə dövründə Ukraynadan taxılı çıxaran razılaşmanı təkrarlamaq yolu ilə Hörmüz boğazından neft və qazın daşınmasını təmin etməyin müzakirəsi mümkündür. Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin görüşündə çıxış edən Kallas BMT-nin Baş katibi Antonio Quterreş ilə İran müharibəsi səbəbindən hazırda bağlanmış boğazın açılması ideyası barədə danışdığını bildirib.