“Hər bir bitkinin yetişdirilməsində şagirdlərin böyük əməyi var” - Paytaxtın “yaşıl məktəb”indən REPORTAJ
17.03.2026 [14:40]
Xəbərin mətni
Bakının Suraxanı rayonunda yerləşən 279 nömrəli tam orta məktəb paytaxtın “yaşıl məktəb”i kimi tanınır. Məktəbin dəhlizləri və sinif otaqları müxtəlif dibçək gülləri ilə zəngindir. Bu güllər təkcə dekorasiya üçün deyil, həm də şagirdlərə təbiəti, bitkiləri və əməyi sevdirməkdən ötrüdür. Məktəblilər gülləri əkir, becərir və onlara qulluq edirlər. Həmçinin şagirdlər biologiya dərslərində həmin bitkilərin quruluşunu və xüsusiyyətlərini öyrənir, bununla da biliklərini möhkəmləndirirlər.