Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan şəhərinin bir neçə kənd və küçələrinə içməli suyun verilişi dayandırılacaq

18.03.2026 [17:19]

Xəbərin mətni

Naxçıvan şəhərində magistral xətdə qəza baş verib. Qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 14-dən etibarən Naxçıvan şəhərinin bəzi ərazilərinin - S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan, 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin su təchizatında müvəqqəti fasilə yaranacaq.