Bahar sevinci, yaz təravəti: Naxçıvanda festival ab-havası
21.03.2026 [14:26]
Xəbərin mətni
Hər qarışı Naxçıvanın qədim və zəngin dövlətçilik tarixindən xəbər verən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi baharın gəlişini coşqu ilə qarşılayır. Səhərin erkən saatlarından böyükdən-kiçiyə hər kəs yazın ətrini daha dərindən duymaq və Novruz bayramını milli adət-ənənələrimizə uyğun qeyd etmək üçün Bahar festivalının keçirildiyi bu tarixi məkanı seçir. Qalanın qədim qapılarının önündəcə yazın təravətli nəfəsi sanki insanı öz ağuşuna alaraq içəri dəvət edir.