Azərbaycan XİN: Rusiya tərəfindən Mariya Zaxarovanın son açıqlaması ilə bağlı izahat gözləyirik
23.03.2026 [18:03]
Xəbərin mətni
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son mətbuat brifinqi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikirinə dair suala cavab verərkən, mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi qəbuledilməzdir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Mariya Zaxarovanın səsləndirdiyi qeyri-məqbul fikirlərə dair şərhində bildirib.