Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan üzərindən Ermənistana növbəti tranzit: 270 tondan çox gübrə və 1 vaqon qarabaşaq yola salınır

24.03.2026 [11:20]

Xəbərin mətni

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti tədarük həyata keçirilir. AZƏRTAC xəbər verir ki, 4 vaqon gübrə (271 ton) və 1 vaqon qarabaşaq (68 ton) martın 24-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınacaq. Qeyd edək ki, bu marşrutla indiyədək Ermənistana 23 min tondan çox taxıl və 700 tondan artıq gübrə daşınıb.