Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşalı məktəbli: Arzum peşəkar musiqiçi olmaqdır

24.03.2026 [15:31]

Xəbərin mətni

İllər sonra həyatın yenidən qayıtdığı Şuşada böyüyən gənclər artıq arzularını bu torpaqlarda qururlar. Bu gün şəhərin küçələrində milli musiqimizin sədası yenidən ucalır, tarın simlərindəki həzinlik, fortepianonun klassik ahəngi qədim şəhərə yeni nəfəs gətirir. Şuşanın musiqi ənənəsini gələcəyə daşıyan, mədəniyyət paytaxtının musiqi salnaməsinə öz imzasını atmağa hazırlaşan gənclərdən biri də şəhər 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Məcid Məmmədovdur.