Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib

26.03.2026 [16:12]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, Bakı küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.