Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya FHN-in nümayəndəsi İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycana təşəkkür edib

27.03.2026 [17:28]

Xəbərin mətni

Bu gün Rusiya Federasiyası Prezidentinin göstərişinə uyğun olaraq və fövqəladə hallar nazirinin tapşırığı ilə İran xalqına təcili humanitar yardımın çatdırılmasının ikinci mərhələsi başa çatdı. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Fəaliyyət Departamentinin direktoru Dmitri Nikolayeviç Melnik Astarada jurnalistlərə açıqlamasında bildirib.