Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah gündüz Bakıda yağıntılar tədricən kəsiləcək

28.03.2026 [14:21]

Xəbərin mətni

Azərbaycanda martın 29-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi istisna olunmur. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.