Zabit dədədən İsrafil dayıya: Qaxın gülüş yaddaşı - 1 Aprel reportajı
01.04.2026 [12:01]
Xəbərin mətni
Yumor və satira Azərbaycanda, eləcə də Şərq ölkələrində hələ orta əsrlərdən etibarən müstəqil folklor janrı — lətifə formasında geniş vüsət alıb. Azərbaycanda baməzə insanlardan söz düşəndə ilk ağla gələn Şəki və şəkililər olur. Çünki bu şəhərimiz baməzə əhvalatları və lətifələri ilə dünyada tanınır. Lakin digər bölgələrimizin də maraqlı ləhcə və lətifələri az deyil. Bu sırada Qax da özünəməxsus yer tutur, rayonun kəndləri arasındakı maraqlı əhvalatların lətifəyə çevrilərək söylənilməsi geniş yayılıb.