Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk Dövlətləri Təşkilatının Baş katibi: 58 müxtəlif sahədə əməkdaşlıq mexanizmləri tətbiq edirik

02.04.2026 [13:56]

Xəbərin mətni

Nəqliyyat bağlantıları əməkdaşlığın ən perspektivli sahələrindən biridir və Orta Dəhliz bu gün cari geosiyasi mühitdə ən vacibidir. Belə ki, 2025-ci ildə Orta Dəhlizlə yükdaşıma həcmi 4,7 milyon tona çatıb və bu rəqəmin 2027-ci ilə qədər 10 milyon tona çatacağı gözlənir. Bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI