Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Əsədov: Qırğızıstanın Avropaya yaşıl enerjinin ixracı üzrə əməkdaşlığa qoşulmaq niyyətini alqışlayırıq

02.04.2026 [14:03]

Xəbərin mətni

Azərbaycan Orta Dəhlizin inkişafına böyük sərmayələr yatırıb, müasir nəqliyyat və logistika infrastrukturu yaradıb. Həmçinin Xəzər dənizində ticarət donanmasının gücləndirilməsi, beynəlxalq dəniz limanı imkanlarının artırılması, dəmir yolu və avtomobil yolu infrastrukturunun yenilənməsi, logistika mərkəzlərinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardır. Bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşündə Baş nazir Əli Əsədov deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI